Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion bəlli olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının
seçmə mərhələsində keçirəcəyi oyunların stadionu müəyyənləşib.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, yığmanın martdakı qarşılaşmaları “Azərsun Arena”da baş tutacaq.
U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə üz-üzə gələcək.
Matçların saatı hələlik bəlli deyil.