c46e245d-277f-4804-8c9d-7d09dbe4cb13.webp

Azərbaycan İnnovasiya Mərkəzi açılıb

Baxış sayı: 291 dəfə baxılıb.

Bu gün Bakıda Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi təsis edib.

Azərbaycan İnnovasiya Mərkəzi texnoloji sahibkarlar, startapçılar,
innovatorlar üçün vahid mərkəz rolunu oynayacaq.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış
mərasimində bildirib ki, Bakıda ikinci, daha böyük İnnovasiya Mərkəzinin
yaradılması da nəzərdə tutulub:

“AİM sadəcə ofis deyil, böyük ekosistem oyunçusudur. Burada staartaplar
inkubasiya və akselerasiya proqramlarında iştirak edərək investorlarla görüş
keçirmək, tərəfdaşlıq yaratmaq və layihələrini təqdim etmək imkanı əldə
edəcəklər. Mərkəz həmçinin texnologiya icmalarını tədbirlərini keçirmək üçün
uyğun bir məkanla təmin edəcək, bu da icmaların daha effektiv inkişafına,
təcrübə, fikir və bilik paylaşımına şərait yaradacaq”.

“Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlər üçün
Mərkəz uyğun icarə şərtləri və digər üstünlüklər təklif edir. Bu, Mərkəzi təkcə
yerli startaplar üçün deyil, həm də beynəlxalq şirkətlər üçün cəlbedici edir,
Azərbaycanı yeni bazar olaraq qiymətləndirmək imkanı yaradır. İnnovasiya təbii
ki, sadəcə Bakı ilə kifayətlənməməlidir”, – deyə nazir müavini əlavə edib.

“Bölgələrdə də AİM-lərin açılması planlaşdırılır. Onlar yaxın perspektivdə
Sumqayıt və Gəncədə təsis ediləcək. Əminəm ki, bu mərkəzlər regionlarda yaşayan
innovativ təfəkkürlü vətəndaşlarımız və ümumilikdə innovasiya həvəskarlarının
bir araya gələcəyi məkanlara çevriləcək. Bu Mərkəzin yaradılmasında əməyi keçən
hər kəsə, xüsusilə də nazirlik yanında İnnovasiya və Rəqmsal İnkişaf
Agentliyinin komandasına təşəkkür edirəm. Azərbaycanda innovasiya ekosisteminin
inkişafı istiqamətində atılan bu addımlar və əldə edilən uğurlar dayanıqlı
iqtisadi artım və qlobal müstəvidə rəqabət qabiliyyətimizin gücləndirilməsi
üçün güclü zəmin yaradır”, – deyə S.Məmmədov vurğulayıb.

Source link