e1db71f8-a787-4db3-951d-d1ecda82fc7d..jpg

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Baxış sayı: 751 dəfə baxılıb.

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Martın 10-da Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycan
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

İclasın gündəliyində Holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərinin
2022-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə nəticələri,
Portfel şirkətləri üçün əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və
büdcələmə prosesinin planlaşdırılması qaydaları, “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Bakı Metropoliteni” QSC, “BakuBus” MMC və
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin korporativ idarəetmə
standartları və digər cari məsələlər ətraflı müzakirə edilib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayevin və
Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və
Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Source link