Azərbaycan iqtisadiyyatı 1,3 faiz artıb

Azərbaycan iqtisadiyyatı 1,3 faiz artıb

Baxış sayı: 4. 406 dəfə baxılıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrünə nisbətən 1,3% artaraq 11 541,5 milyon manat təşkil edib. 

ÇıxışYolu.Com Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, ÜDM istehsalının 48,3%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,2%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 15,9%-i digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,6%-ni təşkil edib.

2017-ci ilin ilk 2 ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3% artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 178,7 manata bərabər olub.

.
www.ÇıxışYolu.Com