Azərbaycan iqtisadiyyatı bir faizdən çox artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən il Azərbaycanda 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1%
çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7% azalıb,
qeyri neft-qaz sektorunda isə 3,7% artıb.
ÜDM istehsalının 40,5%-i sənaye, 10%-i ticarət; nəqliyyat vasitələrinin
təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,2%-i tikinti, 5,5%-i kənd
təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi
və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 18,6%-i digər
sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil
edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 12 114,5 manata bərabər olub.