Azərbaycan iqtisadiyyatına investisiya qoyluşu azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyluşu azalıb

Baxış sayı: 2. 980 dəfə baxılıb.

Cari ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4160,1 milyon manat yönəldilib.

ÇıxışYolu.Com xəbər verir ki, vəsaitin 2281,6 milyon manatı və ya 54,8 faizi qeyri-neft sektoruna sərf edilib. 

Bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 faiz artıb.

Ümumi sərmayənin 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunan vəsaitin 73,6 faizi məhsul istehsalı obyektlərinin, 20,7 faizi xidmət sahələri üzrə obyektlərin, 5,7 faizi isə ümumi sahəsi 518,9 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,4 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,6 faiz, bank kreditləri 15,9 faiz, büdcə vəsaitləri 22,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,5 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil edib. 

Qeyd edək ki, əsas kapitala yönəldilən investisiyaların həcmi ötən ilin müvafiq dövründə 4533,4 milyon manat olub.

.
www.ÇıxışYolu.Com