Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
ÇıxışYolu.Com xəbər verir ki, mərasim geniş tərkibdə görüş başa çatdıqdan sonra baş tutub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhanimətbuata bəyanatlarla çıxış ediblər.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin şərəfinə rəsmi qəbul təşkil edilib.