4acdbe66-700e-42ca-8329-bb7b26fc2136..jpg

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə TİƏ ilin sonunadək hazırlanacaq

Baxış sayı: 670 dəfə baxılıb.

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə TİƏ
ilin sonunadək hazırlanacaq

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə
Texniki-İqtisadi Əsaslandırma (TİƏ) ilin sonuna qədər hazır olmalıdır.

Bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyinin saytında bildirilir.

“Tərəflər razılaşıblar ki, Azərbaycan, İran və Rusiyanın elektrik enerjisi
sistemlərinin qarşılıqlı əlaqəsi üzrə TİƏ-nin yekunlaşdırılması 2023-cü ilin
sonuna qədər başa çatdırılmalıdır”, – məlumatda deyilir.

Qərar Rusiya energetika nazirinin müavini Pavel Snikkars, Azərbaycanın
energetika nazirinin müavini Elnur Soltanov, İranın energetika nazirinin
müavini Homayun Xaeri və üç ölkənin enerji şirkətlərinin nümayəndələri arasında
keçirilən üçtərəfli danışıqlarda qəbul edilib.

“Hazırda iştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin
ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji
obyektlərinin tikintisi nəzərdən keçirilir”, – deyə nazirliyin saytında yer
alan məlumatda qeyd olunur.

Source link