Azərbaycan iribuynuzlu mal-qara idxalını KƏSKİN ARTIRIB
2022-ci ilin ilk ayında Azərbaycan xaricdən 1,41 milyon ABŞ dolları dəyərində
452 ədəb iribuynuzlu ev heyvanları (düyə, inək və digərləri) alıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə
müqayisədə idxal dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 7,3 dəfə artıb.
Hesabat dövründə Estoniyadan 711,63 min ABŞ dolları dəyərində 225 ədəd,
Macarıstandan 287,95 min ABŞ dolları dəyərində 99 ədəd, Almaniyadan 208,11 min
ABŞ dolları dəyərində 66 ədəd və Avstriyadan 199,47 min ABŞ dolları dəyərində
62 ədəd iribuynuzlu mal-qara gətirilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə
Avstriyadan tədarük müvafiq olaraq 1,1 faiz və 0 faiz azalıb. Ötənilki yanvarda
Estoniya, Macarıstan, Almaniyadan tədarük olmayıb.