aab7afe1-4fae-4ffb-8d7f-d99cdb9386e2..jpg

Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün prioritet istiqamətlər açıqlanıb – FOTO

Baxış sayı: 704 dəfə baxılıb.

Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün prioritet istiqamətlər
açıqlanıb – FOTO

İsraillə enerji, ticarət, sənaye, kənd təsərrüfatı, innovasiyalar,
infrastruktur, əczaçılıq, turizm və digər sahələr üzrə əməkdaşlığın inkişafı
üçün geniş imkanlar var.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə Bakıda keçirilən
Azərbaycan-İsrail biznes forumunda qeyd edilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO)
təşkilatçılığı ilə keçirilən Azərbaycan-İsrail biznes forumunda enerji,
maliyyə, logistika, su təsərrüfatı, kimya sənayesi, kənd təsərrüfatı və digər
sahələri təmsil edən şirkətlər iştirak edib.

Azərbaycan və İsrail arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri
Mikayıl Cabbarov biznes forumun, həmçinin iş adamları arasında keçirilən
müxtəlif görüş və tədbirlərin aktual məsələlərin müzakirə edilməsi, prioritet
əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və işgüzar dairələr arasında
yeni əlaqələrin qurulması baxımından önəmini vurğulayıb. Qeyd olunub ki,
ölkələrimiz arasında möhkəm ikitərəfli dostluq münasibətləri, yüksək səviyyəli
siyasi əlaqələr iqtisadi əməkdaşlığın dinamik inkişafına əlverişli şərait
yaradır.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə
Komissiya, həmçinin İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz
arasında iqtisadi-ticarət tərəfdaşlığının inkişafı baxımından əhəmiyyət kəsb
edir. Azərbaycanda müxtəlif sahələr üzrə çoxsaylı İsrail şirkətləri fəaliyyət
göstərir, bir sıra önəmli layihələr həyata keçirilir.

Tədbirdə israilli sahibkarların ölkəmizdə biznes təşəbbüslərinin yüksək
qiymətləndirildiyi və dəstəkləndiyi bildirilib.

Birgə Komissiyanın həmsədri, İsrailin xarici işlər naziri Eli Kohen
ölkələrimizin müxtəlif sahələrdə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanda
həyata keçirilən layihələr, ölkəmizin unikal coğrafi mövqeyi və iqtisadi
sabitliyin İsrail şirkətləri üçün əhəmiyyətli əməkdaşlıq və investisiya mühiti
yaratdığını vurğulayıb. Qeyd olunub ki, İsraildə Azərbaycan səfirliyinin
açılması ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyəyə çatmasına əlavə
imkanlar yaradır.

Tədbirdə Azərbaycan və İsrailin investisiya layihələri barədə təqdimatlar
nümayiş etdirilib, B2B və B2G formatda görüşlər keçirilib.

Source link