Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu İsrailə hücumları
pisləyib
Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu
İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanat yayıb.
Cixisyolu.com bəyanatı təqdim edir:
“Bu gün Qəzza sektoru ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri,
yaşayış məntəqələrini və mülki şəxsləri qəsdən hədəf alan, raket zərbələri ilə
müşayiət edilən hücumları qətiyyətlə pisləyirik.
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız
hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı
verir, yaralananlara isə şəfa diləyir.
Bu çətin zamanda İsrail xalqının yanındayıq”.