49c2fd07-744e-463c-b464-72d30dd34218..jpg

Azərbaycan İsraillə iqtisadi-ticari əməkdaşlığın perspektivlərini müzakirə edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 663 dəfə baxılıb.

Azərbaycan İsraillə iqtisadi-ticari əməkdaşlığın perspektivlərini müzakirə
edib – YENİLƏNİB + FOTO

Azərbaycan-İsrail iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və
şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı sahəsində birgə fəaliyyət
imkanları barədə müzakirələr aparılıb.

Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin kənd
təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixter arasında
videokonfrans formatında görüş keçirilib.

İqtisadiyyat naziri yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında
iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam
etdirildiyini vurğulayıb, Azərbaycanda əlverişli biznes və investisiya mühiti,
işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib.
Nazir İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması,
əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, bu ölkədən olan iş
adamlarını Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa
dəvət edib.

Avi Dixter ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə
əməkdaşlığın inkişafına mühüm önəm verdiyini qeyd edib, tərəfdaşlığın
gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Tərəflər investisiya, ərzaq təhlükəsizliyi, su təsərrüfatı, kənd təsərrüfatı
və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini,
Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələlərini müzakirə
ediblər.

14:38

Azərbaycan İsraillə iqtisadi-ticari əməkdaşlığın perspektivləri barədə
müzakirə aparıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki
hesabında yazıb.

“İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə
videokonfrans formatında keçirdiyimiz görüşdə iqtisadi-ticari əməkdaşlığın
mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı, eləcə də
ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanları
barədə müzakirələr apardıq”, – deyə nazir qeyd edib.

İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə (
@avidichter ) videokonfrans
formatında keçirdiyimiz görüşdə 🇦🇿-🇮🇱#iqtisadi
-#ticarət

əməkdaşlığının mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri,
#kəndtəsərrüfatı

, eləcə də ərzaq təhlükəsizliyinin…pic.twitter.com/0N7mmxcAln

— Mikayil Jabbarov (@MikayilJabbarov) September 12, 2023

Source link