Azərbaycan istehsalı olan kabel məhsullarının Sinqapura ixracına başlanılıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarəçiliyində olan Sumqayıt Kimya
Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupuna daxil olan “STP Global Cable”
MMC tərəfindən istehsal edilən kabel məhsullarının Sinqapura ilk dəfə ixracına
başlanılıb.
İZİA-dan verilən məlumata görə, ilkin mərhələdə bu ölkəyə təqribən dəyəri 200
min manatdan çox məhsul satışı həyata keçirilib.
Qeyd edək ki, illik istehsal gücü 120 min ton təşkil edən “STP Global Cable”
MMC-də məişət və sənayedə müxtəlif məqsədlər üçün istifadə olunan ümumilikdə 28
min çeşiddən artıq kabel və naqil istehsal etmək mümkündür.
Zavodda istehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made In
Azerbaijan” brendi adı altında Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus,
Tacikistan, Türkmənistan, Rumıniya, Gürcüstan kimi ölkələrə ixrac edilib.