f35d65f3-9904-4335-a13f-70e0075b5c66..jpg

Azərbaycan-İsveç oyununun biletləri satışa çıxarılıb

Baxış sayı: 483 dəfə baxılıb.

Azərbaycan-İsveç oyununun biletləri satışa çıxarılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan-İsveç oyununun
biletləri satışa çıxarılıb.

AFFA-nın məlumatına görə, qiymətlər 5, 10, 15, 30 (VIP), 50 (VIP) və 200 (VIP)
manatdır.

Azarkeşlər biletləri “Gənclik Mall”, “28 Mall”, Heydər Əliyev Sarayının
kassası, Köşk No1, Köşk No2, 1 Saylı “ASAN xidmət” mərkəzi, 2 Saylı “ASAN
xidmət” mərkəzi, 3 Saylı “ASAN xidmət” mərkəzi, 4 Saylı “ASAN xidmət” mərkəzi,
1 Saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi və “iticket.az” satış
məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda
reallaşacaq Azərbaycan-İsveç görüşü saat 21:00-da start götürəcək.

Source link