Azərbaycan – İsveçrə oyununun hakimləri açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin evdə İsveçrə yığmasına qarşı
keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun hakim təyinatları bəlli
olub.
Cixisyolu.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç Rumıniyadan olan
hakimlərə tapşırılıb.
Referi Alina Peşuya yan xətt hakimləri Daniela Konstantinesku və Petruta
Yuqulesku yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Kristina Trandafir
yerinə yetirəcək.
Qeyd edək ki, B Liqasının I qrupunun oyunu aprelin 9-da “Liv Bona Dea Arena”da
keçiriləcək və saat 16:00-da başlayacaq.