898d54b3-78b0-4669-9ddb-1f6fde6dc41d..jpg

Azərbaycan-İtaliya ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə olunub – FOTO

Baxış sayı: 730 dəfə baxılıb.

Azərbaycan-İtaliya ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İtaliya Parlamentinin
Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, görüşdə Azərbaycan və İtaliya
arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə
dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq
münasibətlərinin inkişafında yüksək səviyyəli təmaslar və dialoqla yanaşı,
parlament diplomatiyasının əhəmiyyətli rolu qeyd edilib. İqtisadiyyat, ticarət,
enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, təhsil, mədəniyyət və s.
sahələr üzrə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlərin
mövcudluğu vurğulanıb. Ölkəmizdə yaradılmaqda olan İtaliya-Azərbaycan
Universitetinin təhsil sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün
vacib əhəmiyyətə malik olduğu qeyd edilib.

C.Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə
bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə
aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, Azərbaycanla Ermənistan
arasında normallaşma, sülh gündəliyi, habelə bölgədə mina təhdidi barədə qarşı
tərəfi ətraflı məlumatlandırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Source link