Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baş Prokurorluğun əməkdaşı, Abşeron Rayon Prokurorluğunun müavini, veteran
karateçi, 5-ci dan qara kəmər sahibi Aslan Surxayev Azərbaycan Karate
Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə nümayəndəliyinin birinci
vitse-prezidenti təyin edilib.
Bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yeni
təyinat münasibətilə Aslan Surxayevi təbrik edib, fudokan karatenin inkişafı
ilə bağlı müvafiq tövsiyələrini verib və həmçinin Azərbaycan Karate
Federasiyasının üzvlük vəsiqəsini təqdim edib.
Daha bir təyinat isə Vüsal Abdullazadə ilə bağlı olub. Belə ki, V.Abdullazadə
Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi vəzifəsinə təyin
olunub.
Qeyd olunub ki, ənənəvi karate üslubu Dünya Fudokan Federasiyasının Azərbaycan
Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadədir.