a911c25f-c0bf-4a47-8857-f5d8ae9695a8..jpg

Azərbaycan karate millisinin Premyer Liqa üçün heyəti bəlli olub

Baxış sayı: 561 dəfə baxılıb.

Azərbaycan karate millisinin Premyer Liqa üçün heyəti bəlli olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karate millisinin 2024-cü ilin ilk mötəbər yarışı üçün heyəti bəlli
olub.

Dünya Karate Federasiyasının (WKF) rəsmi saytının məlumatına görə, Fransanın
paytaxtı Parisdə keçiriləcək Premyer Liqada səkkiz idmançımız mübarizə aparacaq.

Reytinq turnirində Əminağa Quliyev, Fərid Savadov (hər ikisi 60 kq), Tural
Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan
Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq) və üçqat dünya çempionu İrina
Zaretska (68 kq) tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, yanvarın 26-28-i aralığında keçiriləcək Premyer Liqada 58
ölkədən 381 karateçi iştirak edəcək.

Source link