32ccfcee-80d7-4aa4-96d4-beb6e895f128..jpg

Azərbaycan karateçiləri Avropa çempionatında 6 medal qazanıb – FOTO

Baxış sayı: 963 dəfə baxılıb.

Azərbaycan karateçiləri Avropa çempionatında 6 medal qazanıb – FOTO

Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində keçirilmiş Yeniyetmə və
Gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıblar.

“Report”un məlumatına görə, mükafatların üçü qızıl, biri gümüş, ikisi isə
bürüncdür.

Aysu Əliyeva (59 kq) 16-17 yaşlı qız, Fərid Savadov (55 kq) oğlanlar, Əminağa
Quliyev isə (60 kq) 21 yaşadək gənclər arasında Avropa çempionu olublar. Gülay
Orucova 14-15 yaşlı yeniyetmələrin mübarizəsində gümüş, eləcə də Rahim Əzim
(70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında
bürünc medala sahib çıxıblar.

Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq)
isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını əldən
veriblər. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. Üç
yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate
Federasiyasının İdarə Heyətinin üzvü Yaşar Bəşirov idmançıların
mükafatlandırılma mərasimində iştirak edib.

Source link