Azərbaycan karateçiləri dünya çempionatında mübarizə aparacaqlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Milli Karate
Federasiyasının 18 idmançısı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya
çempionatında iştirak edəcək.
Federasiyadan verilən məlumata görə, kumite yarışlarında Əminağa Quliyev (60
kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq),
Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq),
Renata Ərəbli (61kq) və İrina Zaretska (68 kq) qüvvələrini sınayacaqlar.
Kişilərin komanda yarışlarına Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hər ikisi 67
kq) və Murad Hacızadə (+84 kq) qatılacaqlar. Qadınlarda isə fərdi yarışlarda
çıxış edəcək karateçilər döyüşəcəklər.
Katada Roman Heydərov bacarığını nümayiş etdirəcək.
Parakaratedə məşqçilər heyəti Nihat Məmmədzadə, Eldar Əhmədov, Emiliya
Mitlinova, Xalıqov Vidadi və Ariana Mitlinovaya güvənəcəklər.