e4f61fc1-5e1b-41dc-adea-0c042ce364a9..jpg

Azərbaycan karateçiləri Marseldə beş medal qazandılar

Baxış sayı: 629 dəfə baxılıb.

Azərbaycan karateçiləri Marseldə beş medal qazandılar

Azərbaycan karateçiləri Fransanın Marsel şəhərində keçirilən “Marsel Open”
turnirində beş medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, yığma üzvləri
iki qızıl, bir gümüş, iki bürünc mükafata yiyələniblər.

Asiman Qurbanlı (+84 kq) böyüklər, Əzim Rahib (+76 kq) gənclər arasında
turnirin qalibi olublar.

Böyüklərdə Turqut Həsənov (84 kq) və Mədinə Sadiqova (55 kq) bürünc, gənclərdə
isə Rəşid Süleymanov (76 kq) gümüş medal qazanıblar.

Source link