a922e873-88b6-4bf4-aae6-12df586aec2d..jpg

Azərbaycan karateçisi: “Qələbəmin təsadüf olmadığını sübut etdim”

Baxış sayı: 446 dəfə baxılıb.

Azərbaycan karateçisi: “Qələbəmin təsadüf olmadığını sübut etdim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özümü yenidən təsdiqlədim və qələbəmin təsadüf olmadığını sübut etdim”.

Bunu “Report”a açıqlamasında Litvanın Kaunas şəhərində keçirilən kudo üzrə
Avropa çempionatında 19 yaşadək idmançıların mübarizəsində qızıl medal qazanan
Azərbaycan karateçisi Sevinc Mövsümzadə deyib.

O, mayda dünya çempionatının finalında məğlub etdiyi maltalı rəqibi ilə bu
dəfə də həlledici raundda üz-üzə gəldiyini söyləyib:

“Ən çətin döyüşüm də məhz bu duel oldu. Mənə qarşı xüsusi hazırlıq görmüşdü.
Turnirdən sonra yaxınlaşdı, hansı əlimi və ayağımı daha yaxşı işlədə bildiyimi
soruşdu. Mən isə hamısının eyni olduğunu söylədim” (gülür).

Qeyd edək ki, kudo millimiz Avropa çempionatında üç qızıl və bir gümüş medal
qazanıb.

Source link