cb512cb5-f556-45b1-8e8d-752abfe1fbf5..jpg

Azərbaycan Karyera İnkişaf Forumu keçirilir

Baxış sayı: 709 dəfə baxılıb.

Azərbaycan Karyera İnkişaf Forumu keçirilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyinin təşkilatçılığı ilə üçüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu
keçirilir.

“Report” xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, elm və
təhsil nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə
Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və özəl
qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər,
insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri və inkişaf
mentorları iştirak edirlər.

“Yenilikləri fürsətə çevir!” devizi ilə təşkil olunan builki forumun məqsədi
karyera inkişafı üzrə yerli və qlobal nailiyyətləri, müasir yanaşmaları,
rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil
strukturunun qurulması mexanizmlərini, daim dəyişən dünyada tələb olunan
bacarıqları və karyera sahəsində müasir tələb-təklif trendlərini analiz edərək
düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.

Source link