f2af2b9e-1c64-4018-8a72-f1c9cd8c47db..jpg

Azərbaycan kikboksçusu 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

Baxış sayı: 880 dəfə baxılıb.

Azərbaycan kikboksçusu 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə
bilər.

Bu barədə Azərbaycan Kikboks federasiyası məlumat yayıb.

Bildirilib ki, “Best of Birminqem”in qalibi olmaq üçün Beynəlxalq Ümumdünya
Oyunlar Assosiasiyası (IWGA) ilin idmançı və komandaları arasında səsvermə
keçirir.

Səsvermədə beynəlxalq idman federasiyaları tərəfindən təklif olunmuş 23
idmançı və 12 komanda iştirak edir.

Bu iştirakçıların hamısı ötən ilin 7-17 iyulunda ABŞ-nin Birminqem şəhərində
(Alabama ştatı) keçirilmiş XI Ümumdünya Oyunlarının iştirakçılarıdır.

Azərbaycandan bu səsvermədə sözügedən yarışın çempionu, dünya və Avropa
çempionatının, eləcə də Türkiyənin Konya şəhərində keçirilmiş V İslam
Həmrəyliyi Oyunlarının qalibi Bəhram Rəcəbzadə də iştirak edir.

Source link