ac1bc415-6849-4227-b4fe-a2996934b80e..jpg

Azərbaycan klublarının Antalya toplanışı: 27 oyun, “Qarabağ” və “Neftçi”nin uğursuzluğu – TƏHLİL

Baxış sayı: 890 dəfə baxılıb.

Azərbaycan klublarının Antalya toplanışı: 27 oyun, “Qarabağ” və “Neftçi”nin
uğursuzluğu – TƏHLİL

2022/2023 mövsümünün ikinci yarısına hazırlığı Türkiyədə keçirən Azərbaycan
Premyer Liqasının klubları təlim-məşq toplanışını yekunlaşdırıblar.

“Report”un məlumatına görə, elita təmsilçiləri qonşu ölkədə 27 yoxlama görüşü
keçiriblər.

Müxtəlif ölkələrin klubları ilə qarşılaşan Azərbaycan təmsilçiləri bunun 9-da
qələbə qazanıb, 8-də heç-heçə edib, 10 dəfə isə meydanı məğlub tərk ediblər.

Antalyada toplanış keçən 10 komandadan 7-si üç yoxlama görüşündə qüvvəsini
sınayıb. Aktivində 2 oyun görünən “Şamaxı”, əslində, 3 matçda meydana çıxıb.
Lakin “Botoşani” (Rumıniya) ilə qarşılaşma güclü yağış səbəbindən 70-ci
dəqiqədə rəqib 1:0 öndə olarkən yarımçıq dayandırılıb.

Maraqlıdır ki, ən yaxşı göstəriciyə bölgə klubları imza atıblar. “Kəpəz” üç
oyunun ikisində qələbə, birində heç-heçə ilə diqqət çəkib. Gəncəlilər hətta qol
da buraxmayıblar. “Turan Tovuz” isə iki qalibiyyət əldə etsə də, birində
məğlubiyyətə düçar olub.

“Kəpəz”lə yanaşı, Türkiyə toplanışında uduzmayan digər komanda “Sabah”dır.
Bakılılar keçirdikləri iki qarşılaşmanın birində qələbə qazanıb, birində
rəqiblə sülh bağlayıblar.

Yoxlama görüşlərində adətən uğursuz nəticələr göstərən “Qarabağ” ənənəsinə
sadiq qalıb. Premyer Liqanın məğlubedilməz lideri Polşa klublarına qarşı
keçirdiyi hər iki oyundan məğlubiyyətlə ayrılıb.

Çempionatın digər iddialı komandası “Neftçi” də uğursuz nəticələrlə yadda
qalıb. “Ağ-qaralar” üç oyundan yalnız birində heç-heçə ilə öyünə biliblər.
“Neftçi” ilə yanaşı, “Səbail” və “Şamaxı” da Türkiyədə qalibiyyət üzü
görməyiblər. “Şamaxı” hətta qola da həsrət qalıb.

“Qarabağ”

13 yanvar – “Rakuv” (Polşa) – 0:3

18 yanvar – “Çukariçki” (Serbiya) – 1:0

Qol: Kevin Medina, 42

18 yanvar – “Poqon” (Polşa) – 2:4

Qollar: Marko Yankoviç, 49, Abdullah Zubir, 90+4

“Sabah”

12 yanvar – “Varta” (Poznan, Polşa) – 1:1

Qol: Aleksandr Kaşuk, 42

18 yanvar – “Voyvodina” (Serbiya) – 4:2

Qollar: Davit Volkov, 3, 22, Aleksey İsayev, 46, Aleksey Kaşuk, 62

“Neftçi”

10 yanvar – “Vaşaş” (Macarıstan) – 1:1

Qol: Kenni Sayef, 24

15 yanvar – “Medz Leqnitsa” (Polşa) – 1:2

Qol: Ağadadaş Salyanski, 14

19 yanvar – “Srvena Zvezda” (Serbiya) – 0:1

“Zirə”

10 yanvar – “Çindia” (Rumıniya) – 3:2

Qollar: Coşqun Diniyev, 15 (pen.), Toni Qomes, 18, Hamidu Keyta, 75

17 yanvar – “Szeged-Csanad” (Macarıstan) – 1:3

Qol: Toni Qomes, 34

17 yanvar – “Radniçki” (Serbiya) – 0:0

“Qəbələ”

12 yanvar – “Sepsi” (Rumıniya) – 2:2

Qollar: Ülvi İsgəndərov, 7, İsnik Alimi, 66 (pen.)

14 yanvar – “Lukenvalde” (Almaniya) – 3:2

Qollar: Gülağa Əsədov, 30, Ramon Maçado 57, Felipe Santos 70

16 yanvar – “Teplitse” (Çexiya) – 1:2

Qol: Ramon Maçado, 13

“Turan Tovuz”

9 yanvar – “Petrolul” (Rumıniya) – 2:3

Qollar: Denis Marandiç, 5, Ayxan Hüseynov, 66 (pen.)

13 yanvar – “Aarau” (İsveçrə) – 1:0

Qol: Ayxan Hüseynov

17 yanvar – “Jetısu” (Qazaxıstan) – 2:0

Qollar: Ayxan Hüseynov, 20, Denis Marandiç, 44

“Şamaxı”

11 yanvar – “Kaysar” (Qazaxıstan) – 0:0

11 yanvar – “Botoşani” (Rumıniya) ilə oyun güclü yağış səbəbindən 70-ci
dəqiqədə hesab 0:1 olarkən yarımçıq dayandırılıb.

18 yanvar – “Napredak” (Serbiya) – 0:1

“Sumqayıt”

12 yanvar – “Radnik” (Serbiya) – 2:1

Qollar: Süleyman Əhmədov – 2

17 yanvar – “Krılya Sovetov” (Rusiya) – 0:1

“Kəpəz”

14 yanvar – “MTK Budapeşt” (Macarıstan) – 1:0

Qol: Fərid Nəbiyev, 34

16 yanvar – “Novi Pazar” (Serbiya) – 0:0

18 yanvar – “Kaysar” (Qazaxıstan) – 3:0

Qollar: Ahmed Ayzaya, 19 (pen.), 50-ci, Mate Kvirkviya, 48 (pen.)

“Səbail”

8 yanvar – “Legiya” (Polşa) – 2:2

Qollar: Qustavo de Fransa, 5, Mirabdulla Abbasov, 83 (pen.)

12 yanvar – “Bohemians” (Çexiya) – 0:0

16 yanvar – “Spartak” (Serbiya) – 0:1

N

Komandalar

O

Q

H

M

T/F

X

1

Kəpəz

3

2

1

0

4-0

7

2

Turan Tovuz

3

2

0

1

5-3

6

3

Sabah

2

1

1

0

5-3

4

4

Qəbələ

3

1

1

1

6-6

4

5

Zirə

3

1

1

1

4-5

4

6

Sumqayıt

2

1

0

1

2-2

3

7

Qarabağ

3

1

0

2

3-7

3

8

Səbail

3

0

2

1

2-3

2

9

Neftçi

3

0

1

2

2-4

1

10

Şamaxı

2

0

1

1

0-1

1

Source link