Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı

Baxış sayı: 1. 920 dəfə baxılıb.

Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı

“Zirə” baş məşqçi Samir Abbasovla vidalaşıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu gün klub rəhbərliyi ilə məşqçi arasında görüş keçirilib. 

Görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, Samir Abbasov ötən ilin avqustunda bu komandaya baş məşqçi təyin olunmuşdu. Qəsəbə təmsilçisi hazırda Azərbaycan Premyer Liqasında V yerdə qərarlaşıb.