73e7416e-7572-4133-8353-e93c490d0d6f..jpg

Azərbaycan klubu hücumçusu ilə yollarını ayırdı

Baxış sayı: 519 dəfə baxılıb.

Azərbaycan klubu hücumçusu ilə yollarını ayırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ” ötən ilin yayında heyətinə qatdığı Osama Xalayla ilə yolun sonuna
gəlib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqada sonuncu yerdə qərarlaşan əyalət
təmsilçisi israilli hücumçu ilə vidalaşmaq qərarına gəlib.

Elmar Baxşıyev mövsümün geridə qalan hissəsində cəmi iki qol vuran legionerin
xidmətində maraqlı deyil.

Baş məşqçinin mesajını forvarda çatdıran rəhbərlik ona müqaviləni pozmaq
təklifini edib. Həmçinin Xalaylaya özünə başqa komanda tapması tapşırılıb.

“Qırmızı-qaralar” mövsümlərarası fasilədə israilli ilə 1+1 illik müqavilə
imzalayıb. O, peşəkar karyerasına “Bney Saxnin”də başlayıb.

26 yaşlı hücumçu 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra Təl-Əviv
“Makkabi”sinə keçib. 2022-ci ildə Konfrans Liqasının II təsnifat mərhələsinin
“Zirə” ilə oyunlarında Təl-Əviv təmsilçisinin heyətində olub.

Daha sonra Bney Reyneh “Makkabi”sinə icarəyə verilib. İsrailin U-18, U-19 və
U-21 yığmalarında oynamış Osama 2021-ci ildə əsas millidə debüt edib.

Source link