a82ef2d0-de66-46d2-afb7-3fe4eeede9b0..jpg

Azərbaycan klubu iki milyon avroluq Avropa çempionunu transfer edə bilər

Baxış sayı: 706 dəfə baxılıb.

Azərbaycan klubu iki milyon avroluq Avropa çempionunu transfer edə bilər

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi Belçikanın “Mexelen”
klubunun müdafiəçisi Sendi Uolşun xidmətində maraqlıdır. “Futuristlər” həm
futbolçunun özü, həm də klubla təmaslara başlayıb. Ancaq maliyyə məsələlərində
hələlik anlaşma yoxdur.

“Anderlext”in yetirməsi olan Uolş Niderland millisinin U-15, U-16, U-17, U-18,
U-19 U-20 millilərində çıxış edib. O, U-17-nin heyətində 2012-ci ildə Avropa
çempionatının qalibi olub. 2014-cü ildən isə İndoneziya millisinin formasını
geyinir.

28 yaşlı sağ cinah müdafiəçisi “Anderlext”dən öncə Belçikada “Genk” və “Zulte
Vareqem”in də formasını geyinib. O, müdafiənin mərkəzində də oynamağı bacarır.
Məşhur “Transfermarkt” portalına görə futbolçunun hazırkı bazar dəyəri iki
milyon avrodur.

Faiq Tahirov

Source link