“Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb.
ÇıxışYolu.Com xəbər verir ki, qəsəbə klubunun rəhbərliyi ilə futbolçu Lorenso Frutos arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Paraqvay vətəndaşı olan futbolçu ilə bağlanmış müqavilənin müddəti bir il təşkil edir.
Qeyd edək ki, 1989-cı il təvəllüdlü L.Frutosun son klubu Venesuelanın “Deportivo Lara” olub. Bununla yanaşı, o, ölkəsinin “Sol de Amerika”, “Rubio Nyu”, “İndependyente” və Salvadorun “Santa Tekla” klublarında çıxış edib.
İlk dəfə Amerika qitəsindən kənarda çıxış edəcək 30 yaşlı mərkəz hücumçusunun transfer qiyməti 300 min avro kimi qiymətləndirilir.
Səbuhi Musayev