6660d569-05ca-4707-8c4b-f9a9e503899c.jpg

Azərbaycan klubu şahmat üzrə Avropa Kubokunda mübarizəyə başlayır

Baxış sayı: 33 dəfə baxılıb.

Azərbaycanın “Vüqar Həşimov” komandası bu gün Serbiyanın Vranyatske-Bane
şəhərində klublar arasında start götürəcək şahmat üzrə Avropa Kubokunda
mübarizəyə başlayacaq.

Cixisyolu.com xəbər verir ki, təmsilçimiz ilk turda Norveçin SOSS klubu ilə
qarşılaşacaq.

“Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar
Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Read Səmədov çıxış
edəcək. Komandanın kapitanı Sərxan Həşimov olacaq.

Ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq.

Qeyd edək ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur
Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və
Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva
isə Rumıniyanın “Super Chess” klublarında çıxış edəcəklər.

Source link