5377545c-f2dc-41aa-b4f1-5edcf222d5ad..jpg

Azərbaycan klubu xorvatiyalı hücumçu transfer etdi

Baxış sayı: 718 dəfə baxılıb.

Azərbaycan klubu xorvatiyalı hücumçu transfer etdi

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini
formalaşdırmağa davam edir.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komanda daha bir oyunçunun
transferini rəsmiləşdirib.

Xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Ölkəsinin aşağı
yaş qruplarından ibarət yığmalarında oynamış 29 yaşlı hücumçu ilə birillik
müqavilə imzalanıb.

183 sm boya malik voleybolçu Azərbaycandan öncə bir neçə ölkədə də legioner
həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu “Riyeka” olub. Pilepiç
2009-2013-cü illərdə bu komandanın şərəfini qoruyub. Bunun ardınca hücumçu
ABŞ-yə yollanıb. O, burada “San-Fransisko Universiteti” (2013-2015) və “Arizona
Universiteti”nin (2015-2016) formalarını geyinib.

Pilepiç 2016/2017 mövsümündə Asiyada – Filippin klubunda çıxış edib. 2 il
burada “Lifesavers”in uğurları üçün çalışan “Azərreyl”in yeni transferi 2018-ci
ildə Avropaya qayıdıb. Katarina Yunanıstan “AO Tiras”ına keçib. Ardınca
Finlandiyada “Vyesti” (2019-2020) və Çexiyada “Olomouts” (2021) klublarında
oynayıb. Son 2 mövsümdə isə İsraildə Hayfa “Makkabi”sinin şərəfini qoruyub.

O, 4 dəfə Xorvatiya və bir dəfə İsrail çempionatının qalibi olub. Çexiya,
İsrail və Xorvatiyada ölkə kubokunu da başı üzərinə qaldırıb. Voleybolçunun
kolleksiyasında İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan
və Filippin liqalarının bürünc medalları da var. Pilepiç Finlandiyada və
Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.

Source link