497072d9-a068-474a-a483-fe03be575001..jpg

Azərbaycan klubu yeni baş məşqçisini AÇIQLADI

Baxış sayı: 466 dəfə baxılıb.

Azərbaycan klubu yeni baş məşqçisini AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” futbol komandasında yeni baş məşqçi təyinatı rəsmiləşib.

Cixisyolu.com xəbər verir ki, xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə 1,5 illik
müqavilə bağlanıb.

Renduliç karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkəsinin əsas
milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961”
(2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və
Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

50 yaşlı xorvatiyalı mütəxəssis “Zrinski” ilə Bosniya və Herseqovina çempionu
və kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup
mərhələsinə çıxarıb (2023/2024).

Source link