Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqiblərindən biri bilindi

Baxış sayı: 2. 364 dəfə baxılıb.

Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqiblərindən biri bilindi

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatması keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz, ölkə çempionumuz “Araz” əsas mərhələdə “Luçenets” (Slovakiya), E və F qruplarının qalibi ilə VIII qrupda mübarizə aparacaq. 

Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.

Qeyd edək ki, E qrupunda “Veles” (Makedoniya), “Valletta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovoлobo” (Hollandiya), “Redinй” (İngiltərə), “Vitis” (Litva), “Murata” (San Marino) komandaları qüvvəsini sınayacaq. İlkin mərhələnin oyunları avqustun 28-dən sentyabrın 2-dək keçiriləcək.

S.M.
www.ÇıxışYolu.Com