92ab3e7f-f288-47fc-b502-d5506b6e6a64..jpg

Azərbaycan komandası Latviyada qızıl medal qazandı – FOTO

Baxış sayı: 491 dəfə baxılıb.

Azərbaycan komandası Latviyada qızıl medal qazandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət milli komandası
1-4 mart tarixlərində Riqa şəhərində keçirilən Latviyanın gənclər və
yeniyetmələr yarışında uğurlu nəticələr qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata
görə, bu turnirə ilk dəfə rekord sayda – 760 idmançı qatılıb.

Üzgüçülərimiz 200 metr məsafədə 4 dəfə sərbəst üsulda üzmədə kişilər arasında
komanda yarışlarında ən yüksək nəticə göstərərək turnirin qalibi olublar və
qızıl medallara layiq görülüblər. Bundan başqa, şəxsi yarışlarda açıq yaş
qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda
gümüş medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Oqtay
Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc medal, 4 dəfə 200 metr
estafetdə sərbəst üsulda qızıl medal, Süleyman İsmayılzadə 200, 400 və 1500
metr məsafələrdə gümüş medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl
medal, Səid Həmidov 200 metr məsafədə qarışıq üsulda üç bürünc medal, 4 dəfə
200 metr estafetdə sərbəst üsulda qızıl medal, Mehri Əbdürrəhmalı 200 metr
məsafədə batterflay üsulunda 3-cü yeri qazanıblar. S.İsmayılzadə və
M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər.

Milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun bildirdiyinə görə,
yarışlar çox gərgin mübarizə şəraitində keçir:

“Yarışlar əsasən gənclər arasında olduğundan kiçik yaşlı idmançılarımız üçün
çox çətin idi. Çünki orada mübarizə aparan üzgüçülərin əksəriyyəti bizim
uşaqlardan yaş etibarı ilə çox böyük idilər. Təxminən 5-6 yaş fərq var idi ki,
təbii ki, bu da son nəticədə öz təsirini göstərirdi. Bu turnirə Latviya, Litva,
Estoniya, İspaniya, Ukrayna, Finlandiyadan ən güclü idmançılar qatılmışdılar.
Estafet yarışlarında üzgüçülərimiz bu yarışdan qabaq müxtəlif məsafələrdə şəxsi
qarşılaşmalarda üzməklərinə baxmayaraq, sona qədər mübarizə apardılar və
Azərbaycan komandası estafet yarışlarında qızıl medal qazandı. Bu, Azərbaycanın
üzgüçülük tarixində çox uğurlu nəticədir”.

Source link