Azərbaycan-Konqo münasibətləri yeni mərhələdə – “Kaspi”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Konqo Prezidentinin səfəri
beynəlxalq siyasətdə tutduğu mövqe və əldə etdiyi nailiyyətlərin daha da
irəlilədilməsinin göstəricisi kimi dəyərləndirilə bilər. Konqo Fransa
müstəmləkəçiliyindən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın neokolonializmə
qarşı siyasətini yüksək qiymətləndirir.
Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana
səfərə gəldi. Onunla Azərbaycan Prezidentiİlham Əliyev arasında təkbətək və
geniştərkibli görüşlər keçirildi və liderlər daha sonra mətbuata birgə
bəyanatla çıxış etdilər.
Konqo Prezidentinin səfəri Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe və
əldə etdiyi nailiyyətlərin daha da irəlilədilməsi kontekstinə əlavə dəyər verir.
Çünki Konqo liderinin səfəri zamanı imzalanan sənədlər, o cümlədən “Azərbaycan
Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” iki
ölkənin münasibətlərinin parlaq gələcəyini ortaya qoyur.
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Əlaqələr inkişaf etməlidir
Prezidentlərin birgə bəyanatından da göründüyü kimi, Azərbaycanla Konqonun
münasibətlərində pozitiv səhifə yaradan əsas platforma Qoşulmama Hərəkatının
prioritetləri ətrafında sıx birləşmək olub.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə tutduğu mövqe və onun
koronavirus pandemiyasının tüğyan etdiyi zamanlarda humanitar yardımları təbii
ki, Konqonun da diqqətindən yayınmayıb. Üstəlik, Konqo vaxtı ilə Fransa
müstəmləkəçiliyindən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın neokolonializmə
qarşı siyasətini yüksək qiymətləndirir.
Deyə bilərik ki, bunlar konseptual formada Bakı ilə Brazzavil arasındakı
əlaqələrin dinamikasına yaxşı təsir göstərib. İndi isə bu münasibətləri möhkəm
iplərlə bərkitmək və onu daha da inkişaf etdirmək prioritetdir.
İkitərəfli münasibətlərdə aktuallaşan çağırışlar sözsüz ki, əməkdaşlığın yeni
səhifələrini vərəqləmək xarakterini gündəmə gətirir. Eyni zamanda bu amillər,
çoxtərəfli əməkdaşlıq formatındakı qarşılıqlı dəstək və əlaqələri sarsılmaz
edən tezisləri əhatə edir.
Bu mənada, İlham Əliyevlə Deni Sassu-Nqessonun danışıqları həm ikitərəfli, həm
də çoxtərəfli münasibətlərin dinamikasına, təhlükəsizliyin möhkəmləndirilməsinə
töhfə verən gündəliyi ölçməyə imkan verir.
İqtisadi təşviqlər
Liderlərin görüşlərindəki iqtisadi və energetika sferalarında apardığı
müzakirələr (karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya,
bərpaolunan enerji sahələrində iki ölkənin mühüm potensialının olduğu qeyd
edilib) əlaqələrin spektrini dayanıqlı edən maliyyə potensiallarını da təşviq
edir.
Deməli, iki ölkənin qarşılıqlı müsbət əməkdaşlıq xarakteri ümumi maraq doğuran
digər məsələlərdə birgə çalışmaq üçün düsturları qeyd edir.
Bu düsturlar təhlükəsizlik maraqları da nəzərə alınmaqla:
– İkitərəfli iqtisadi, siyasi əlaqələri şaxələndirmək;
– Qarşılıqlı şəkildə biznes mühitini yaxşılaşdırmaq üçün investisiya
səylərini təşviq edir.
COP29-da əməkdaşlıq
Azərbaycan noyabr ayında mötəbər beynəlxalq tədbirə – BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) – ev sahibliyi edəcək. Azərbaycan burada Konqo ilə də
əməkdaşlıq qurmaqda maraqlıdır və bunu Prezident İlham Əliyevin mətbuata birgə
bəyanat zamanı bu sitatında görə bilirik:
“Mən bu gün cənab Prezidenti COP29 tədbirində iştirak etmək üçün dəvət etmişəm
və nümayəndə heyətlərinin üzvlərinə də göstəriş verildi ki, bu məsələ ilə bağlı
da ciddi əməkdaşlıq yaradılsın. Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə
çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli
formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə Konqo ilə əməkdaşlıq etmək
istəyinin səbəbi var.
Üçdə ikisi meşələrlə örtülü olan və meşələrin qırılma səviyyəsi aşağı olan
Konqo Respublikası Konqo hövzəsində ekosistemlərin qorunmasında mühüm rol
oynayır. Bildirək ki, Konqo Respublikası COP28 tədbirində öz ərazisinin
müstəsna biomüxtəlifliyini qorumaq və ölkənin meşə örtüyünü, ekosistemlərini
qorumağı gündəliyə gətirib. Konqo Respublikası biomüxtəlifliyi və iqlimi
qorumaq üzrə öhdəliklərini, ərazisini yenidən meşələşdirmək ambisiyasını
nümayiş etdirir.
Beləliklə, Konqo buna uyğun gələn dayanıqlı iqtisadi modeli təşviq etməklə öz
iddialı vizyonunu ortaya qoyub. Bu, hətta beynəlxalq tərəfdaşların da diqqətini
çəkir. Azərbaycan da COP29-a ev sahibliyi edəcək ölkə olduğundan Konqonun bu
iddialı hərəkətlərini nəzərə alır. Konqonun da Azərbaycanın təcrübəsinə ehtiyac
var və bunu Prezident Deni Sassu-Nqesso belə ifadə edib:
“Biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində – iqlim
dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a
ev sahibliyi edəcək. Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri
alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz
Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə
ölkəmizin yanında olsun.
Biz Prezidentə Konqoda, Brazzavildə təşkil etdiyimiz dünyanın ən böyük üç
tropik meşə hövzəsi – Amazoniya, Cənub-Şərqi Asiyada Borneo Mekonq və Konqo
hövzəsi sammitində güddüyümüz məqsədlər barəsində məlumat verdik. Bu sammit
ötən ilin oktyabrında keçirilib və biz Prezidentə yalnız bu sammitin uğuru
barəsində məlumat verə bilərik”.
Azərbaycanla Konqo arasındakı bu istiqamətdəki mümkün tərəfdaşlıq iqlim
dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və bərpaolunan enerji üzrə
qlobal səylərə əhəmiyyətli töhfə verə bilər.