74820bd1-fa7a-46a4-9f75-d2b90f1c01f9..jpg

“Azərbaycan Könüllülük Həftəsi 2023”: Üç minə yaxın gənc bir çətir altında birləşdi – FOTO

Baxış sayı: 630 dəfə baxılıb.

“Azərbaycan Könüllülük Həftəsi 2023”: Üç minə yaxın gənc bir çətir altında
birləşdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Könüllülük Həftəsi 2023” 5 dekabr tarixindən etibarən həyata
keçirilməsinə baxmayaraq, respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə
edərək artıq üç minə yaxın Azərbaycan könüllüsünü bir çətir altında
birləşdirməyə nail olub.

Ulu öndərin tövsiyələrinə əsaslanan həftə çərçivəsində “Vətənpərvərlik”,
“Təhsil və Elm”, “İdman və sağlamlıq”, “Mədəniyyət” və “Mənəvi tərbiyə”
istiqamətləri üzrə keçirilən layihələr, kampaniyalar könüllülər tərəfindən
yüksək maraq və rəğbətlə qarşılanır.

Həftənin “Mədəniyyət” istiqaməti üzrə baş tutacaq tədbirlərinə artıq start
verilib. “Səhnə Könüllülərindir!” adlı yaradıcılıq gecəsinin ardından həyata
keçirilən “Tarixə bağlanan mədəniyyət” və “MədəniyyətimİZ” layihələri
könüllülərin maariflənməsi istiqamətində öz işinə başlayıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə
İçərişəhər ərazisində həyata keçirilən “Tarixə bağlanan mədəniyyət” layihəsi
çərçivəsində 100-ə yaxın Azərbaycan könüllüsü 20 komandaya bölünərək “Kod Da
Vinçi” formatında məntiqi intellektual oyunda iştirak edib.

“MədəniyyətimİZ” layihəsi çərçivəsində, ümumilikdə 300 nəfərə yaxın müxtəlif
təşkilatların könüllülərinin iştirakı ilə xalqımızın milli-azadlıq hərəkatını
əks etdirən eksponatların saxlandığı Azərbaycan İstiqlal Muzeyinə, tarixin
müxtəlif zamanlarını əhatə edən incəsənət əsərlərinin nümayişi ilə seçilən
Azərbaycan Milli İncəsənət Muzeyinə, Vətən tarixinin bütün dövrlərini əks
etdirən ekspozisiya və sərgiləri ilə seçilən Milli Azərbaycan Tarixi Muzeyinə
ekskursiyalar edilib.

Qeyd edək ki, ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə və könüllülərə daim
diqqət və qayğısı nəticəsində könüllülük hərəkatı bu gün daha geniş imkanlarla
fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyinin, “ASAN xidmət”in dəstəyi, Azərbaycan Könüllü Təşkilatları
İttifaqının (AKTİ) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023” 19 dekabr tarixində
yekunlaşacaq.

Source link