4be533c7-b13e-413c-9027-e7e28e391757..jpg

Azərbaycan könüllüsü: “Kahramanmaraşda qida və dərmanların paylanılmasında iştirak edirik” – FOTO

Baxış sayı: 1. 973 dəfə baxılıb.

Azərbaycan könüllüsü: “Kahramanmaraşda qida və dərmanların paylanılmasında
iştirak edirik” – FOTO

“TIR-lar vasitəsilə Türkiyəyə gətirilən humanitar yardımların – qida və
dərmanların boşaldılmasında, çeşidlənməsində, zərərçəkmişlərə paylanılmasında
iştirak edirik”.

Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan
könüllüsü İslam Əlisoy deyib.

Onun sözlərinə görə, artıq 10 günə yaxın müddətdir ki, 100 nəfərlik könüllü
heyəti ilə birgə Kahramanmaraşda fəaliyyət göstərir:

“Prezident İlham Əliyevin Türkiyədə baş vermiş zəlzələ ilə bağlı xalqa
çağırışından sonra Naxçıvan Muxtar Respublikasından qardaş ölkənin
Kahramanmaraş şəhərinə gəldik. Biz TIR-lar vasitəsilə Türkiyəyə gətirilən
humanitar yardımları – qida, dərman mallarının boşaldılmasında,
çeşidlənməsində, zərərçəkmişlərə paylanılmasında köməklik edirik”.

“Bundan başqa, Türkiyə Gənclik Vəqfinin könüllüləri ilə birgə ucqar kəndlərdə
qalan, yardıma ehtiyacı olan sakinlərə qida mallarının paylanılmasında, aparıb
çatdırılmasında köməklik göstəririk. Beş ilə yaxındır ki, könüllü fəaliyyəti
ilə məşğul olmuşam. Bir çox nominasiyalarda qalib olub, diplomlarla təltif
edilmişəm. Amma mənim fikrimcə Kahramanmaraşda göstərdiyimiz fəaliyyət mənim
könüllü fəaliyyətimin ən qürurverici anıdır. Sona qədər də Türkiyədə sakinlərə
yardımlar göstərəcəyik”, – könüllü vurğulayıb.

Source link