Azərbaycan Kuboku: 10 qol vurulan oyunda “Araz-Naxçıvan” qalib gəldi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu
keçirilib.
“Report”un məlumatına görə, günün ilk matçında Premyer Liqa təmsilçisi
“Araz-Naxçıvan” I Liqada mübarizə aparan “İrəvan”la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın qollarını 24, 43, 45+4-cü (pen) dəqiqələrdə Aksel Nqando, 25 və
51-ci dəqiqələrdə Orxan Əliyev, 73-cü dəqiqədə Miço Kuzmanoviç, 80 və 83-cü
dəqiqələrdə Elvis Maşike vurub. “İrəvan”da isə 16-cı dəqiqədə Vüsal Qənbərov və
37-ci dəqiqədə Vüsal Əsgərov adlarını tabloya yazdırıblar.
“Araz-Naxçıvan” 1/4 finalda bu gün oynanılacaq “İmişli” – “Qəbələ” matçının
qalibi ilə görüşəcək. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.