89f52c59-5545-4e20-b210-ad421852eb96..jpg

Azərbaycan Kuboku: Bu gün “Səbail”in rəqibi müəyyənləşəcək

Baxış sayı: 499 dəfə baxılıb.

Azərbaycan Kuboku: Bu gün “Səbail”in rəqibi müəyyənləşəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kubokunda mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Səbail”in
rəqibi bu gün müəyyənləşəcək.

“Report”un məlumatına görə, buna “Şəfa” – “Şəmkir” oyunundan sonra aydınlıq
gələcək.

Bu qarşılaşma ilə ölkə kubokunda I raunda yekun vurulacaq. Qalib komanda
növbəti mərhələdə “Səbail”lə öz meydanında üz-üzə gələcək.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

20 noyabr (bazar ertəsi)

14:30. “Şəfa” – “Şəmkir”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Binə qəsəbə stadionu

Qeyd edək ki, “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və
“Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Source link