884b3002-809b-4b01-8354-ab6dcc3d8026..jpg

Azərbaycan Kuboku: “Neftçi” darmadağınla mərhələ adlayıb

Baxış sayı: 484 dəfə baxılıb.

Azərbaycan Kuboku: “Neftçi” darmadağınla mərhələ adlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Cixisyolu.com-ın məlumatına görə, raundun son oyununda “Neftçi” meydançaya çıxıb.

“Ağ-qaralar” I Liqa təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib. “Neftçi
Arena”da baş tutan matçda sensasiya baş verməyib. “Neftçi” doğma arenasında
rəqibini 4:0 hesabı ilə darmadağın edib. Elita komandasının heyətində 23-cü
dəqiqədə penaltidən Aaron Olanare, 77-ci dəqiqədə Yeqor Boqomolski, 80-ci
dəqiqədə Andre Şinyaşiki fərqləniblər. “Qaradağ Lökbatan”da Murad Qayalı 72-ci
dəqiqədə avtoqol müəllifi olub.

“Neftçi”nin 1/4 finaldakı rəqibi “Sumqayıt” olacaq. Bu mərhələnin oyunları
yanvarın 30-31-də və fevralın 6-7-də keçiriləcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”,
“Səbail”, “Zirə” və “Qarabağ” 1/4 finala yüksəliblər.

Source link