ab172f83-9bb8-44d8-8aeb-8ad17b8dd1cc..jpg

Azərbaycan Kuboku: “Neftçi” yarımfinalda “Qarabağ”a rəqib olub – YENİLƏNİB + VİDEO

Baxış sayı: 628 dəfə baxılıb.

Azərbaycan Kuboku: “Neftçi” yarımfinalda “Qarabağ”a rəqib olub – YENİLƏNİB +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, sonuncu cavab matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma heç-heçə başa çatıb – 1:1.

Meydan sahiblərində 26-cı dəqiqədə Filip Ozobiç fərqlənib. “Gənclik şəhəri”
təmsilçisində Roi Kehat 40-cı dəqiqədə tarazlığı bərpa edib.

Qeyd edək ki, Sumqayıtdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyən
“Neftçi” yarımfinala yüksəlib. Komanda bu raundda “Qarabağ”la üz-üzə gələcək.


View this post on Instagram

A post shared by Cixisyolu.com (@oxuaz)

18:04

Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.

Cixisyolu.com xəbər verir ki, 1/4 final mərhələsinin bu gün keçirilən cavab matçında
“Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi
ilə bitib – 2:0. “Qırmızı-qaralar”ın heyətində 39-cu dəqiqədə Osama Xalayla,
42-ci dəqiqədə Urfan Abbasov fərqlənib. Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə
(1:1) edən “Qəbələ” yarımfinala vəsiqə qazanıb. Komanda bu raundda “Zirə” ilə
üz-üzə gələcək.

Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Ötən
gün “Zirə” və “Qarabağ” yarımfinala yüksəlib.

10:06

Futbol üzrə Azərbaycan Kubokunda bu gün son iki yarımfinalçının adına aydınlıq
gələcək.

Cixisyolu.com xəbər verir ki, 1/4 final mərhələsinin bugünkü ilk cavab oyununda
“Qəbələ” – “Araz-Naxçıvan”ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda reallaşacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Bakıdakı ilk matçda qalib müəyyənləşməyib – 1:1. Bu cütün qalibi “Zirə”yə rəqib
olacaq.

Bu raunda “Neftçi” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq. Oyun saat 19:00-da
start götürəcək. Sumqayıtdakı ilk matçda “ağ-qaralar” qələbə qazanıb – 3:2.
Mərhələ adlayan tərəf yarımfinalda “Qarabağ”la üz-üzə gələcək.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

9 fevral

16:00. “Qəbələ” – “Araz-Naxçıvan”

İlk oyun – 1:1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “Sumqayıt”

İlk oyun – 3:2
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Neftçi Arena”

Qeyd edək ki, daha əvvəl “Zirə” və “Qarabağ” yarımfinala yüksəlib.

Source link