068368f9-fb2e-4be2-ad5b-5e3af8109ab6..jpg

Azərbaycan Kuboku: “Neftçi”nin finaldakı rəqibi bəlli oldu

Baxış sayı: 658 dəfə baxılıb.

Azərbaycan Kuboku: “Neftçi”nin finaldakı rəqibi bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bəlli olub.

Cixisyolu.com-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda Bakıda
“Səbail”ə 1:0 hesabı ilə qalib gələn “Qəbələ” tarixində 5-ci dəfə həlledici
görüşə vəsiqə qazanıb.

Qarşılaşmada yeganə qolu 49-cu dəqiqədə İsnik Alimi vurub. Albaniyalı
yarımmüdafiəçi komanda yoldaşı Emin Səfərova qarşı cərimə meydançasındakı
kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirib. On bir metrlik
cərimə zərbəsinə səbəb olan “dənizçilər”in müdafiəçisi Vüqar Həsənov isə ikinci
sarı vərəqə ilə meydandan qovulub. Əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə
Bakı klubu meydanda 9 nəfərlə qalıb. Bu dəfə Qustavo de Fransa qırmızı vərəqə
ilə cəzalandırılıb. Cəmi 2 dəqiqə sonra isə “Səbail”in müdafiəçisi Adil Nağıyev
ikinci rəsmi xəbərdarlığı alaraq meydanı tərk edib.

Beləliklə, Qəbələdəki ilk oyunda 3:2 hesabı ilə qalib gələn əyalət təmsilçisi
iki görüşün nəticəsinə əsasən finalda “Neftçi”yə rəqib olub. Həlledici
qarşılaşma iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Source link