f1fd7b35-24c5-4c76-8bf8-97781d1ad978..jpg

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu – FOTO

Baxış sayı: 763 dəfə baxılıb.

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son
iki oyun keçirilib.

Cixisyolu.com xəbər verir ki, günün ilk oyunu “Gəncə” və “Şəki” komandaları arasında
baş tutub.

Bu oyun “Gəncə” klubunun 85:78 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar
basketbolçular “Gəncə”dən Donovan Filds (20 xal, 7 asist), “Şəki”dən Simeus
Vebster (22 xal, 14 ribaund) olublar.

Günün ikinci oyununda qrupdan çıxmaq uğrunda mübarizə aparan “Sabah”la
“NTD-İndiqo” üz-üzə gəlib. Bu görüşdə “NTD-İndiqo” 89:85 hesablı qələbə
qazanaraq B qrupunu lider tamamlayıb.

“Sabah”ın məğlub olmasından sonra “Sərhədçi” yarımfinala vəsiqə qazanıb. Ən
məhsuldar basketbolçular “Sabah”dan Endər Poladxanlı (21 xal, 10 ribaund),
“NTD-İndiqo”dan Qriffin Remmi (21 xal, 11 asist) olublar.

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal oyunları (“NTD-İndiqo” –
“Xəzri”, “Neftçi” – “Sərhədçi”) aprelin 17-də keçiriləcək

Source link