ed7da5a2-fd16-4f8f-926e-140245826c52.jpg

Azərbaycan Kuboku: “Turan Tovuz” “Hypers Guba”ya böyük hesabla qalib gəlib

Baxış sayı: 32 dəfə baxılıb.

Futbol üzrə Azərbaycan Kubokunda “Turan Tovuz” “Hypers Guba”ya böyük hesabla
qalib gəlib.

“Report”un məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan II təsnifat
mərhələsinin oyununda ev sahibləri 7:2 hesablı qələbəyə sevinib.

15-ci dəqiqədə “Hypers Guba”nın heyətində Ramil Əhmədov avtoqol müəllifi olub.
“Turan Tovuz”un aktivinə digər qolları Ayxan Quseynov (17,25), Aleks Souza
(38,39), Sadiq Quliyev (56) və Nahid Əliyev (60) yazdırıblar.

Qonaq komandanın heyətində isə İlqar Ələkbərov (64, 68) dubl müəllifi olub.

Qeyd edək ki, “Turan Tovuz”un 1/8 finaldakı rəqibi “Sabah” olacaq.

11:38

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start
veriləcək.

Cixisyolu.com xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.

“Turan Tovuz” doğma meydanda II Liqa təmsilçisi “Hypers Guba” ilə üz-üzə
gələcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 20:00-da başlayacaq. Matçı Əkbər
Əhmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Cütün qalibi 1/8
finalda “Sabah”a rəqib olacaq.

28 oktyabr

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

20:00. “Turan Tovuz” – “Hypers Guba”

Qeyd edək ki, II təsnifat mərhələsinin digər görüşləri oktyabrın 29-31-də
gerçəkləşəcək.

Source link