b7740301-bc5c-475e-a696-c1e7467b4784..jpg

Azərbaycan Kuboku: Yarımfinala yüksələn ilk komanda “Zirə” olub

Baxış sayı: 515 dəfə baxılıb.

Azərbaycan Kuboku: Yarımfinala yüksələn ilk komanda “Zirə” olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala yüksələn ilk komanda “Zirə” olub.

Cixisyolu.com-ın məlumatına görə, qəsəbə təmsilçisi 1/4 finalda “Səbail”i üstələyib.

İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan Rəşad Sadıqovun kollektivi
uğurlu çıxışını cavab qarşılaşmasında da davam etdirib. Rəqibini bu dəfə 3:0
hesabı ilə məğlub edən “Zirə” yarımfinala adlayıb. Komandanın qollarını Abbas
İbrahim (dördüncü dəqiqə), Rəhim Sadıxov (42) və Rafael Utziq (74) vurublar.

“Zirə”nin yarımfinaldakı rəqibi “Qəbələ” – “Araz-Naxçıvan” cütünün qalibi
olacaq. Komandalar sabah cavab görüşünə çıxacaqlar. “Dalğa Arena”da gerçəkləşən
ilk matçda 1:1 hesabı qeydə alınıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelin ikisində və 23-də
keçiriləcək.

Source link