ed85cc76-aa5d-4220-9b55-afaf0e6c4995..jpg

Azərbaycan Kuboku: “Zirə” 1/4 finala vəsiqə qazanıb – YENİLƏNİB + VİDEO

Baxış sayı: 537 dəfə baxılıb.

Azərbaycan Kuboku: “Zirə” 1/4 finala vəsiqə qazanıb – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu
keçirilib.

Cixisyolu.com xəbər verir ki, günün ikinci matçında “Zirə” “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tovuz
klubunun heyətində 4-cü dəqiqədə Otto Con fərqlənib. “Qartallar”ın qollarını
82-ci dəqiqədə Filipe Paxtman, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurub.

“Zirə” 1/4 finalda bu gün “Şamaxı”nı mübarizədən kənarlaşdıran “Səbail”lə
üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” 1/4
finala vəsiqə qazanıblar. Bu raundun “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ
Lökbatan” oyunları dekabrın 21-də baş tutacaq.

16:07

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu
keçirilib.

“Report” xəbər verir ki, günün ilk matçında “Səbail” “Şamaxı”nı qəbul edib.

“ASCO Arena”da baş tutan qarşılaşma “dənizçilər”in 6:0 hesablı qələbəsi ilə
yekunlaşıb. Meydan sahiblərinin qollarını 23 və 45-ci dəqiqələrdə Amil Yunanov,
50-ci dəqiqədə Pedro Nuno, 56 və 80-ci dəqiqələrdə Rüfət Abdullazadə, 90+2-ci
dəqiqədə Adi Mehremiç fərqlənib.

“Səbail” 1/4 finalda bu gün reallaşacaq “Zirə” – “Turan Tovuz” matçının qalibi
ilə üz-üzə gələcək. Bu raundun “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ
Lökbatan” oyunları dekabrın 21-də baş tutacaq.

09:32

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu
keçiriləcək.

“Report”un məlumatına görə, ilk olaraq “Səbail” “Şamaxı”nı qəbul edəcək.

“ASCO Arena”da reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq.

Günün ikinci görüşündə “Zirə” “Turan Tovuz”u sınağa çəkəcək. Matç saat
17:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” 1/4
finala vəsiqə qazanıblar. Bu raundun “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ
Lökbatan” oyunları dekabrın 21-də baş tutacaq.

Source link