Azərbaycan Kubokunun 32 illik tarixində qol rekordu qeydə alınıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində 32 qol vurulub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, bu, yarışın 32 illik tarixində mütləq rekorddur.
Bu raundda “Sabah” – “Qarabağ” (1:7, 4:3), “Sumqayıt” – “Neftçi” (2:3, 1:1),
“Səbail” – “Zirə” (1:2, 0:3) və “Araz-Naxçıvan” – “Qəbələ” (1:1, 0:2) duelləri
baş tutub.
Bununla da 1/4 final mərhələlərinin ən yüksək məhsuldarlığı qeydə alınıb.
Əvvəlki illərdə rekord 2015/16 mövsümündə reallaşıb. Həmin vaxt dörd cütdə 29
qol vurulub.
Həmin vaxt “Rəvan” “İnter”lə (2:1, 0:3), “Qarabağ” “Sumqayıt”la (2:0, 4:1),
“Xəzər Lənkəran” “Neftçi” ilə (3:2, 0:2), “Zirə” “Qəbələ” ilə (1:2, 1:5) üz-üzə
gəlib.