a9bd7abe-e648-4006-b500-aea3b2fa10dd..jpg

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı – VİDEO

Baxış sayı: 394 dəfə baxılıb.

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən,
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını
icra ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Vurğulanıb ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi
pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə
yetirilib.

Ssenariyə uyğun olaraq “Su-25ML” (“Laçın”) və “Su-25” tipli təyyarələrdən
müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin
müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra
edilib.

Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən
təlim-məşq uçuşları zamanı qarşıya qoyulan tapşırıqlar yüksək peşəkarlıqla
yerinə yetirilib.


Source link