5ad528a8-5e88-4836-a5ff-0d183a6c41ee.webp

Azərbaycan Mərkəzi Bankı iki BOKT-nin vəzifəli şəxslərini cərimələyib

Baxış sayı: 105 dəfə baxılıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) iki bank olmayan kredit təşkilatının (BOKT)
vəzifəli şəxslərini cərimə edib.

“Report” xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə
əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar
Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq “Azinvestkedit”
MMC-nin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 min manat,
məcəllənin yalnız 598.1.2-ci maddəsinə müvafiq olaraq isə “Para” ASC-nin
vəzifəli şəxsi Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimələnib.

Source link