c0338f6d-4a98-4499-be6d-6c28a7fd4a73..jpg

Azərbaycan Mərkəzi Bankından inflyasiya ilə bağlı açıqlama

Baxış sayı: 712 dəfə baxılıb.

Azərbaycan Mərkəzi Bankından inflyasiya ilə bağlı açıqlama
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu sabit
saxlayıb. Yanvarda bu rəqəm 5,3% idi.

Cixisyolu.com xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri
bir-birini tarazlaşdırır:

“Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə bu il illik inflyasiyanın hədəf
daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan
dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi
ehtimalı var”.

“Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. Bu ilin
fevralında 12 aylıq inflyasiya 0,8%, 12 aylıq baza inflyasiya isə 1,4% təşkil
edib. İllik ərzaq deflyasiyası 0,3%, qeyri-ərzaq inflyasiyası 1,4%, xidmətlər
inflyasiyası isə 2,3% olub”, – deyə açıqlamada qeyd olunub.

Source link